"Bavariya" qanad oyunçusu Maykl Olisenin gələcəyi ilə bağlı şayiələrə son qoymaq istəyir və buna görə də onun müqaviləsini 2031-ci ilə qədər uzatmaq və əmək haqqını təxminən ikiqat artırmaq niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "L'Équipe" nəşri paylaşıb.

Bildirilir ki, müqaviləsi yenilənərsə, 24 yaşlı qanad oyunçusu klubun ən çox maaş alan futbolçularından biri olacaq. Olisenin hazırkı sözləşməsi 2029-cu ilə qədərdir.

Fransalı futbolçu hazırda ildə 16-17 milyon avro qazanır. Ötən mövsüm hücumçu bütün yarışlarda 52 oyunda meydana çıxıb, 22 qol vurub və 31 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında onun bazar dəyəri 150 milyon avrodur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest