"Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Elvin Cəfərquliyev karyerasını Türkiyədə davam etdirə bilər.
"Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Elvin Cəfərquliyev karyerasını Türkiyədə davam etdirə bilər.
Matc.az xəbər verir ki, Türkiyə Superliqasına vəsiqə qazanan "Amedspor" 25 yaşlı cinah müdafiəçisini transfer siyahısına daxil edib.
Diyarbəkir təmsilçisinin Azərbaycan millisinin üzvü ilə ciddi maraqlandığı və onun vəziyyətini yaxından izlədiyi bildirilir.
Klubun yaxın vaxtlarda Cəfərquliyevin transferi üçün konkret addımlar atacağı istisna edilmir.
Qeyd edək ki, Elvin Cəfərquliyev hazırda "Qarabağ"ın əsas komandasından kənarda qalıb. Bu amil müdafiəçinin yay transfer pəncərəsində klubunu dəyişmək ehtimalını artırır.
(sport24.az)













