"Mançester Yunayted" ABŞ milli komandasının və "Bornmut"un yarımmüdafiəçisi Tayler Adamsla maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Bildirilir ki, "qırmızı şeytanlar" 27 yaşlı futbolçunun oyununu yüksək qiymətləndiriblər. Klub analitikləri qeyd edirlər ki, Adamsın statistikası bəzi cəhətlərdən "Qızıl top" mükafatının sahibi Rodri ilə müqayisə edilə bilər, hətta onu üstələyir.

Ötən mövsüm Adams bütün yarışlarda 26 oyunda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 25 milyon avrodur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest