Braziliya millisinin cinah hücumçusu Vinisius Junior komandasının Mərakeşlə heç-heçə etdiyi DÇ-2026-nın qrup mərhələsi qarşılaşmasının ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə turnirin rəsmi məlumatlarında qeyd olunub.
Braziliya və Mərakeş yığmaları arasındakı görüş 1:1 hesablı bərabərliklə başa çatıb. 25 yaşlı futbolçu matça ilk dəqiqələrdən başlayıb və 90 dəqiqə meydanda olub. O, vurduğu qolla braziliyalıların bu qarşılaşmada məğlubiyyətdən qaçmasına kömək edib. Vinisiusun ötürmə dəqiqliyi 84 faiz təşkil edib. Hücumçunun aktivində iki açar ötürmə, qazandığı iki fol və etdiyi üç qayda pozuntusu olub.
O, həmçinin bir dəfə top almağa cəhd etsə də uğursuz alınıb, doqquz aldatma hərəkətindən (ofsayd və ya driblinq) isə heç birini uğurla tamamlaya bilməyib.
Qeyd edək ki, Braziliya millisi növbəti turda, iyunun 20-də Haiti ilə qarşılaşacaq. Mərakeşlilər isə elə həmin gün Şotlandiya komandası ilə üz-üzə gələcəklər.
Turnirin qrup mərhələsi iyunun 11-dən 27-nə qədər davam edəcək. Komandalar dairəvi sistem üzrə bir-biri ilə yarışırlar (hər biri üç oyun keçirir). Pley-off mərhələsinə hər qrupdan ən yaxşı iki komanda, həmçinin üçüncü yeri tutan ən yaxşı səkkiz yığma vəsiqə qazanacaq.












