Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik milli komanda ilə müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə Avstriya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Almaniyalı mütəxəssisin yeni sözləşməsi 2028-ci ilə qədər nəzərdə tutulub.

DÇ-2026-da Avstriya yığması J qrupunda mübarizə aparacaq. Ranqnikin komandası bu mərhələdə Argentina, Əlcəzair və İordaniya seçmələri ilə qarşılaşacaq.

Xatırladaq ki, iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə keçirilən dünya çempionatına son çempion qismində Argentina qatılıb. "Tanqoçular" DÇ-2022-nin finalında Fransa ilə dramatik matçda (əsas vaxt 3:3, penaltilərlə 4:2) qalib gələrək kuboku başı üzərinə qaldırmışdılar.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest