Braziliya Prezidenti Luis İnasio Lula da Silva 2026-cı il dünya çempionatında mübarizə aparan ölkə millisinə motivasiyaedici müraciət ünvanlayıb.
Matc.az xəbər verir ki, dövlət başçısı bu barədə rəsmi sosial media hesabında paylaşdığı videoda bildirib.
O, komandanı yalnız çempionluğa səsləyib: "Oyunçularımız hər matçda sonadək mübarizə aparmalı və Braziliya xalqını xatırlamalıdırlar. Ölkəmizin altıncı dünya çempionluğu tituluna ehtiyacı var. Braziliya milli komandası bu turnirə yalnız qələbələr qazanmaq üçün deyil, həm də kuboku ölkəyə gətirmək üçün qatılıb. Karlo Ançelotti, oyunçularımıza xatırlat ki, sənin zəngin təcrübən var və özün də vaxtilə əla futbolçu olmusan".
Qeyd edək ki, "pentakampeonlar" dünya çempionatının C qrupunda yer alıblar. Braziliya yığması bu mərhələdə Mərakeş, Şotlandiya və Haiti milli komandaları ilə qarşılaşacaq.











