"Elçe" klubu Martin Anselmini baş məşqçi təyin edib.
Matc.az xəbər verir ki, İspaniya klubunun mətbuat xidməti bu barədə rəsmi məlumat yayıb.
Tərəflər arasında 2027-ci ilin yayına qədər nəzərdə tutulan və daha bir mövsüm uzadılma variantı olan müqavilə imzalanıb.
Qeyd edək ki, 40 yaşlı argentinalı mütəxəssis 2025/26 mövsümünün sonunda komandadan ayrılan Eder Sarabianı əvəz edib. Anselminin son iş yeri Braziliyanın "Botafogo" klubu olub, o, həmçinin Portuqaliya "Porto"sunda da məşqçilik təcrübəsi qazanıb.
Xatırladaq ki, "Elçe" La Liqanın yekun turnir cədvəlində 15-ci yeri tutaraq növbəti mövsüm üçün elitadakı yerini qoruyub saxlayıb. Bir gün əvvəl isə elitaya vəsiqə uğrunda mübarizədə "Elçe"yə uduzan digər İspaniya klubu "Xirona"nın ukraynalı hücumçu Oleksandr Pişçurun transferini rəsmiləşdirdiyi açıqlanmışdı.











