13 İyun 2026, 19:31
FUTBOL
Slovakiyanın "Slovan" klubu Yaya Turenin baş məşqçi təyin olunduğunu rəsmən elan edib.
Matc.az xəbər verir ki, əvvəllər "Barselona", "Mançester Siti" və Fil Dişi Sahili milli komandasında çıxış etmiş əfsanəvi yarımmüdafiəçi Slovakiya təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 43 yaşlı mütəxəssis məşqçilik karyerasına dərhal müstəqil olaraq başlamayıb. Peşəkar futboldan ayrıldıqdan sonra o, "Tottenhem"in akademiyasında fəaliyyət göstərib. Daha sonra isə "Marsel", "Axmat" və "Standard " klublarında, həmçinin Səudiyyə Ərəbistanı milli komandasında Roberto Mançininin köməkçisi kimi çalışıb.












