Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik "Milan" klubunun ona təklif etdiyi texniki direktor vəzifəsindən imtina edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Matteo Moretto paylaşıb.

Danışıqların pozulmasına səbəb İtaliya klubunun alman mütəxəssisə tələb etdiyi qərar qəbuletmədə tam muxtariyyət zəmanətini verməməsi olub.

Qeyd edək ki, tərəflər arasında razılığın əldə olunmamasına Ranqnikin Zlatan İbrahimoviçlə olan gərgin münasibətləri də təsir göstərib. Onların münasibətləri hələ 2020-ci ildə, təcrübəli mütəxəssisin "Milan"ın baş məşqçisi vəzifəsinə namizəd olduğu dönəmdə pisləşmişdi. İtalyanların təklifini geri çevirən Ranqnikin hazırda Avstriya yığması ilə müqaviləni uzatmağa yaxın olduğu bildirilir.

Xatırladaq ki, Ranqnikin bu qərarından sonra Oliver Qlasnerin "Milan"ın baş məşqçisi olmaq şansı xeyli azalıb. Hazırda "rossoneri"nin sükanı arxasına keçmək üçün iki əsas namizəd Ruben Amorim və Mattias Caysledir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest