Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin meydanda cinah oyunçusu Vinisius Juniordan istifadə etmək üçün xüsusi planı var.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Globo" portalı paylaşıb.
İtaliyalı mütəxəssis ulduz futbolçuya hücumda tam sərbəstlik vermək və əks-hücumlarda ondan əsas silah kimi yararlanmaq niyyətindədir. Plana əsasən, Vinisius komandası topa sahib olduqda sol cinah vingeri, müdafiə olunduqda isə mərkəz hücumçusu funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Braziliya yığması Dünya Çempionatındakı ilk matçını iyunun 14-də Mərakeş seçməsinə qarşı keçirəcək.
Xatırladaq ki, iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə keçirilən DÇ-2026-ya son çempion qismində Argentina qatılıb. "Tanqoçular" DÇ-2022-nin finalında Fransa ilə dramatik matçda (əsas vaxt 3:3, penaltilərlə 4:2) qalib gələrək kuboku başı üzərinə qaldırmışdılar.












