"Real"ın qapıçısı Tibo Kurtua Madrid klubundakı gələcəyi haqqında danışıb.
Matc.az xəbər verir ki, təcrübəli qolkiper bu barədə mətbuata açıqlamasında olduqca sakit olduğunu bildirib:
"Mənim gələcəyim? "Real"da yaşın 30-u ötəndə müqavilələri yalnız birillik uzadırlar. Əgər eyni səviyyədə çıxış etməyə davam etsəm, sözləşmənin müddətinin artırılması problem olmayacaq. Amma "Real" top-klubdur və gec-tez onlar mənim xələfim haqqında düşünməli olacaqlar".
Qeyd edək ki, Kurtuanın Madrid təmsilçisi ilə hazırkı müqaviləsi 2027-ci ilin iyunun 30-na qədərdir. 2018-ci ilin avqustundan "Real"ın şərəfini qoruyan belçikalı qapıçı ötən mövsüm meydana çıxdığı 45 oyunda qapısında 43 qol görüb və 17 matçı qol buraxmadan tamamlayıb. "Transfermarkt" portalı onun transfer dəyərini 15 milyon avro qiymətləndirir.













