"Monako"nun hücumçusu Folarin Balogun DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən ABŞ – Paraqvay (4:1) matçının ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Dünya çempionatında debüt edən 24 yaşlı hücumçu qarşılaşmada dubla imza atıb. Onun vurduğu daha bir qol isə ofsayd səbəbindən qeydə alınmayıb.

Qeyd edək ki, Balogun hazırda turnirin ən məhsuldar oyunçusudur. Çempionatda mübarizə aparan digər futbolçulardan heç biri hələ ki birdən çox qol vura bilməyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest