12 İyun 2026, 16:10
FUTBOL
"Lans"la müqaviləsi başa çatan Allan Sen-Maksimin karyerasını ABŞ-də davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Fransalı vinger "Şarlott"la anlaşıb. 29 yaşlı futbolçu MLS təmsilçisi ilə 2029-cu ilədək nəzərdə tutulan müqavilə imzalayacaq.
Qeyd edək ki, Allan Sen-Maksimin ötən mövsüm "Lans"ın heyətində keçirdiyi 13 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.

_1781284507.jpg)











