Kiran Trippyer "Vulverhempton"da debüt etməyə bilər.
Matc.az xəbə4r verir ki, komandanın yeni transferi baş məşqçi Rob Edvardsın gözlənilməz istefasından sonra müqaviləni ləğv etmək variantını ciddi şəkildə nəzərdən keçirir.
35 yaşlı futbolçu çalışdırıcının istefaya göndərildiyini yalnız bu qərar rəsmiləşəndən bir gün sonra öyrənib. Klub rəhbərliyi müdafiəçini kadr dəyişikliyi barədə məlumatlandırmayıb. Bu da onun narazılığına səbəb olub.
Bildirilir ki, Trippyer rəhbərliyin qərarından şoka düşüb və özünü aldadılmış hesab edir. İngiltərəli futbolçunun digər təklifləri rədd edərək "Vulverhempton"a keçməyə razılıq verməsinin əsas səbəbi məhz Rob Edvards olub.
Xatırladaq ki, Trippier "Vulverhempton"a azad agent statusu ilə qoşulub və onun klubla müqaviləsi rəsmi olaraq iyulun 1-dən qüvvəyə minməlidir. Hazırda sağ cinah müdafiəçisinin komandadakı gələcəyi qeyri-müəyyən olaraq qalır.










_1781257416.jpg)


