10 İyun 2026, 11:18
FUTBOL
"Fənərbaxça" hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.
Matc.az xəbər verir ki, İstanbul təmsilçisi "Malyorka"da çıxış edən Vedad Murikinin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İstanbul nəhəngi kosovolu hücumçu üçün İspaniya klubuna 15 milyon avro təzminat ödəyəcək. 32 yaşlı forvard yaxın günlərdə Türkiyəyə gedərək müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Vedat Muriki ötən mövsüm "Malyorka"nın heyətində keçirdiyi 37 oyunda 23 qol vurub, 1 qol ötürməsi edib. Təcrübəli futbolçu 2019/20 mövsümündə "Fənərbaxça"nın formasını geyinib.













