09 İyun 2026, 23:30
FUTBOL
Bakı təmsilçisi cənubi afrikalı mərkəz müdafiəçisi Eyden Makkartini rənglərinə bağlayıb.
"Sabah" futbol klubu yay "transfer pəncərəsi"ndə heyətini yeni oyunçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, Bakı təmsilçisi cənubi afrikalı mərkəz müdafiəçisi Eyden Makkartini rənglərinə bağlayıb.
22 yaşlı futbolçu ilə "3+1" illik müqavilə imzalanıb.
Gənc müdafiəçi Cənubi Afrika Respublikasının "Kayzer Çifs" klubundan transfer olunub. Sözügedən klubun yetirməsi olan Eyden Makkarti, eyni zamanda CAR-ın U-23 milli komandasının da üzvüdür.













