"Qalatasaray" heyətini gücləndirmək üçün transfer bazarına böyük büdcə ilə daxil olmağa hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "HT Spor" yayıb.

Bildirilir ki, "sarı-qırmızılılar" "Spartak"ın yarımmüdafiəçisi Gedson Fernandes və "Zenit"in sabiq hücumçusu Con Duranı transfer etməyi planlaşdırır. İstanbul nəhənginin bu keçidlər və ümumi transferlər üçün təxminən 100-120 milyon avro xüsusi büdcə ayırdığı bildirilir.

Moskva təmsilçisi Gedson Fernandesi 25-30 milyon avroya satmağa hazırdır.

Ötən mövsüm bütün turnirlərdə ümumilikdə 37 oyuna çıxan portuqaliyalı yarımmüdafiəçi 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı oyunçunun dəyərini 16 milyon avro qiymətləndirir.

"Qalatasaray"ın digər hədəfi Con Duran isə fevralın 9-da "Əl-Nəsr"dən "Zenit"ə icarəyə verilib. Onun Rusiya klubu ilə icarə müqaviləsi mövsümün sonuna qədər qüvvədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest