"Liverpul"da əsas heyətdə yerini itirən Kodi Qakpo karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

"Fənərbaxça" və "Beşiktaş" niderlandlı vingeri transfer etmək istəyir. İstanbul klubları 27 yaşlı futbolçu üçün yaxın vaxtlarda hərəkətə keçməyi planlaşdırır.

Qeyd edək ki, Kodi Qakpo ötən mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə keçirdiyi 52 oyunda 9 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest