09 İyun 2026, 14:43
FUTBOL
"Fənərbaxça" ev oyunlarını keçirdiyi "Şükrü Saracoğlu" stadionunun tamaşaçı tutumunu artıracaq.
Matc.az xəbər verir ki, bu barədə "Türkiyə" qəzeti məlumat yayıb.
İstanbul klubunun prezidenti seçilən Aziz Yıldırımın əsas planı stadionu genişləndirməkdir. Tumunun 52 mindən 65 min nəfərə çatdırılması planlaşdırılır.
Bunun üçün təxminən 50 milyon dollar vəsait sərf olunacaq. Arenada azarkeş sayı çoxalandan sonra klubun illik gəlirlərində 49 milyon avro artım olacağı gözlənilir.




_1781026155.jpg)








