09 İyun 2026, 11:57
FUTBOL
"Real" "İnter"in müdafiəçisi Denzel Dumfrisin transferini uğurla başa vurub.
Matc.az xəbər verir ki, niderlandlı futbolçu İspaniya nəhəngi ilə müqaviləyə imza atıb. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Transfer Dumfrisin İtaliya təmsilçisi ilə müqaviləsində yer alan sərbəstqalma bəndini aktivləşdirməsindən sonra reallaşıb. Milan klubu 30 yaaşlı sağ cinah müdafiəçisinin keçidindən 20 milyon avro qazanacaq. Təcrübəli oyunçu "Real"la 2030-cu ilin iyununa qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Qeyd edək ki, Niderland millisinin üzvü olan Denzel Dumfris "İnter"in heyətində 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 28 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.




_1781026155.jpg)








