"Tottenhem" "Mançester Siti"də çıxış edən Savinyonun transferini yekunlaşdırmaq üzrədir.

Matc.az xəbər verir ki, bu barədə ESPN televiziyası məlumat yayıb.

Klublar arasında danışıqların müsbət istiqamətdə getdiyi bildirilir. Braziliyalı vingeerin London klubuna keçidinin təxminən 60 milyon funt-sterlinqə tamamlanacağı bildirilir.

Qeyd edək ki, Savinyo 2024-cü ilin yayından "Mançester Siti"də çıxış edir. 22 yaşlı futbolçu ötən mövsüm "şəhərlilər"in heyətində keçirdiyi 36 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest