"Lill" Olivye Jirunun müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransa millisinin sabiq üzvü ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Olivye Jiru 2025-ci ilin yayından "Lill"də çıxış edir. 39 yaşlı hücumçu ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində keçirdiyi 44 oyunda 11 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest