"Liverpul" və Belçika millisinin sabiq hücumçusu Divok Orici 31 yaşında karyerasını başa vurmaq qərarına gəlib.

Matc.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat paylaşıb:

​"Oyunçu olaraq məqsədimə çatdım. Uşaqlıq arzularımı gerçəkləşdirdim - ən böyük arenalarda oynadım və ən mühüm kubokları qazandım. Bütün bunlara görə Tanrıya şükür edirəm.

​Ölkəm Belçikanı təmsil etmək və eyni zamanda qəlbimdə köklərim olan Keniyanı daşımaq əsl sevinc idi. Ailəm, ən yaxın insanlarım… sizsiz mən bu gün olduğum insan ola bilməzdim. Sizə sonsuza qədər minnətdaram.

​Missiya yerinə yetirildi. İndi mən növbəti çağırışıma doğru addımlayıram. Qarşıda səyahətin davamı var. Sevgilərlə, Divok Oriqi".

Qeyd edək ki, Divok Orici "Milan, "Liverpul", "Lill", "Volfsburq" və "Nottingem Forest" klublarında da oynayıb. Onun aktivində 371 oyun, 70 qol və 28 məhsuldar ötürmə var. Təcrübəli hücumçu klub səviyyəsində Çempionlar Liqasının, İngiltərə Kubokunun, İngiltərə Liqa Kubokunun qalibi, Premyer Liqa çempionu, Klublararası Dünya Çempionatının qalibi, həmçinin UEFA Superkubokunun sahibi olub. ​Orici Belçika millisinin heyətində 32 oyun keçirib, bu oyunlarda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest