"Mövsümün bitməsindən sonra belə toplanışa gəldik. Düzdür, futbolçular üçün bir az çətin olur, amma toplanışda yaxşı aura var. Məqsədimiz Millətlər Liqasına hazırlaşmaq idi. Məncə, yaxşı toplanış oldu".

Azərbaycan milli komandası sabah San Marinoya qarşı yoldaşlıq oyunu keçirəcək.

Matc.az xəbər verir ki, millinin futbolçusu Cəlal Hüseynov matçdan öncə jurnalistlərin suallarını cavablandırdı:

– Mövsümün bitməsindən sonra belə toplanışa gəldik. Düzdür, futbolçular üçün bir az çətin olur, amma toplanışda yaxşı aura var. Məqsədimiz Millətlər Liqasına hazırlaşmaq idi. Məncə, yaxşı toplanış oldu. Son oyunda qələbə qazanıb, Millətlər Liqasına yaxşı hazırlaşmaq istəyirik.

– İlk cümlədə dediniz ki, çətin oldu. Nədir çətin olan? Bu, sizin işinizdir…

– Düzdür, nə vaxt olursa olsun, toplanışa hazır olmalıyıq. Millidə bəhanələrə yer yoxdur. Demək istədiyim odur ki, mövsüm bitib, bəzi futbolçular artıq istirahətdədir, amma sən burdasan. Bunu nəzərdə tuturdum. Amma bura millidir, nəyisə bəhanə etmək olmaz. Sona qədər əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

– “Arda” klubunda son oyunlarda qollar vurur, hücumda iştirak edirdiniz. Sabah rəqib San Marinodur. Düşünmək olar ki, onlar müdafiəyə çox diqqət edəcək. Onlara qol vurmağı, hücumda iştirakı düşünürsünüz?

– San Marino reytinqdə bizdən aşağıda olsa da, yaxşı komandadır. Onları təhlil etmişik, qapanan rəqibdir və çətin olacaq. Çalışacağıq ki, ən yaxşısını edək. Əlbəttə, qol vursam, daha yaxşı olar. Amma yenə deyirəm, vacib olan millinin qələbəsidir. Buna ehtiyacımız var.

– Karyeranla bağlı planların nədir? Azərbaycana qayıtmaq istəyirsən?

– Hazırda klubsuzam. Çünki “Arda” ilə yollarımızı ayırmışıq. Azərbaycana qayıtmağı düşünmürəm, legioner həyatı yaşayacağam. Danışıqlar gedir, yəqin ayın ortalarına kimi klubum məlum olar. Tələsmək istəmirəm.

– Özünüzü daha çox mərkəz müdafiəçisi kimi görürsünüz, yoxsa dayaq yarımmüdafiəçisi?

– Beşli müdafiənin hər tərəfində oynaya bilərəm. Məncə, yarımmüdafiəçi kimi də pis çıxış etmirəm. Əsas mövqeyim mərkəz müdafiəçisidir. Baş məşqçi qərar versə ki, yarımmüdafiədə oynayım, rahatlıqla bunu icra edərəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest