08 İyun 2026, 21:23
FUTBOL
"Everton" Vitali Mikolenkonun müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Ukraynalı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Vitali Mikolenko 2022-ci ilin yanvarından "Everton"da çıxış edir. 27 yaşlı sol cinah müdafiəçisi Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 158 oyunda 4 qol vurub, 4 qol ötürməsi edib.












_1780934073.jpg)
