AFFA, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə təşkil olunan Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş dövlət qurumları arasında IV Minifutbol Turnirinin qalibi olan SOCAR minifutbol komandası Mərakeşin Kasablanka şəhərində keçirilən III Dünya Korporativ Oyunlarının kubokunu qazanıb.

Matc.az xəbər verir ki, turnirdə keçirdiyi bütün qarşılaşmaları qalib başa vuran və finalda Mərakeşin ən böyük media qurumlarından birini təmsil edən “Le Matin” komandası üzərində 1:0 hesablı qələbə qazanan SOCAR kollektivi yarışın qalibi olan ilk Azərbaycan komandası kimi yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest