08 İyun 2026, 17:53
FUTBOL
"Alverka"nın müdafiəçisi Bastyen Myopiuy karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
"Borussiya" fransalı futbolçunu transfer etmək istəyir. Dortmund təmsilçisi 20 yaşlı mərkəz müdafiəçisi üçün Portuqaliya klubuna 15+3 milyon avroluq təklif göndərib.
Gənc oyunçu ilə İtaliya A Seriyası və İspaniya La Liqası klubları da maraqlanır.
Qeyd edək ki, Bastyen Myopiuy ötən mövsüm "Alverka"nın heyətində keçirdiyi 32 oyunda meydana çıxıb.






_1780934073.jpg)






