"Barselona"dan sonra daha bir klub "Atletiko"nun hücumçusu Xulian Alvaresi transfer etmək istəyir.

Matc.az xəbər verir ki, sööhbət Kataloniya təmsilçisinin əzəli rəqibi "Real"dan gedir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Kral klubu" argentinalı forvard üçün hərəkətə keçməyi planlaşdırır. Klubu 27 yaşlı futbolçuya 150 milyon avro qiyməti qoyub.

Qeyd edək ki, Xulian Alvares ötən mövsüm "Atletiko"nun heyətində keçirdiyi 49 rəsmi matçda 20 qol və 9 qol ötürməsi ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest