04 İyun 2026, 10:46
FUTBOL
Yunanıstanın AEK klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, Super Liqanın çempionu "Trabzonspor"dan Aleksandr Zubkovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Afina təmsilçisi Zubkov üçün Türkiyə klubuna 4 milyon avro təzminat ödəyəcək. 29 yaşlı vingerlə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Aleksandr Zubkov 2025/26 mövsümündə "Trabzonspor"un heyətində keçirdiyi 37 oyunda 4 qol vurub, 12 qol ötürməsi edib.












