28 May 2026, 19:00
FUTBOL
Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında ilk oyununa çıxıb.
Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında ilk oyununa çıxıb.
Matc.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Avstriya ilə üz-üzə gəlib.
Görüş yığmamızın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Qarşılaşmanın yeganə qolunu 36-cı dəqiqədə İsa Atayev vurub.
Qeyd edək ki, F qrupunda mübarizə aparan millimiz mayın 29-da İtaliya, 30-da isə Fransa ilə qarşılaşacaq.













