Braziliya milli komandasının tibbi direktoru Rodriqo Lasmar, hücumçu Neymarın əzələ zədəsi aldığını və təxminən 3 həftə oynaya bilməyəcəyini açıqlayıb.

Matc.az xəbər verir ki, hücumçu Braziliyanın qarşıdan gələn yoldaşlıq oyunlarını buraxacaq və 2026-cı il dünya çempionatının ilk qarşılaşmasına qədər vaxtında sağala bilməyəcək.

"Neymar bütün tibbi müayinələrdən keçib. MRT müayinəsi nəticədə ikinci dərəcəli əzələ zədəsi aşkarlandı. O, müalicəsini davam etdirir və 2-3 həftə ərzində sağalması gözlənilir", - deyə Lasmar bildirib.

Qeyd edək ki, Braziliya DÇ-2026-da ilk oyununu 14 iyunda Mərakeşə qarşı keçirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest