28 May 2026, 16:35
FUTBOL
İtaliyanın "Bolonya" klubu baş məşqçi Vinçentso İtalyano ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
48 yaşlı mütəxəssisin gələn ilin yayına kimi nəzərdə tutulan müqaviləsinə vaxtından əvvəl qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Bolonya" başa çatan mövsümdə İtaliya çempionatını 56 xalla 8-ci yerdə tamamlayıb.









_1779972117.jpg)



