"Yuventus"la müqaviləsi başa çatan Filip Kostiç İtaliyada klubunu dəyişəcək.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Romeo Aqresti məlumat yayıb.

A Seriyasına yüksələn "Venetsiya" serbiyalı yarımmüdafiəçi ilə razılıq əldə edib. 33 yaşlı futbolçu yaxın günlərdə yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Filip Kostiç başa çatan mövsümdə "Yuventus"un heyətində bütün turnirlərdə keçirdiyi 23 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest