"Barselona"nın futbolçusu Fermin Lopes La Liqanın XXXVII turunun "Betis"lə matçında (3:1) zədələnib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı hücumameyilli yarımmüdafiəçinin sağ ayaq sümüyündə sınıq aşkarlanıb. Lopes əməliyyat olunacaq. İspaniya millisinin üzvü iyunda başlayacaq dünya çempionatında iştirak etməyəcək.

Qeyd edək ki, Fermin Lopes bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə keçirdiyi 48 oyunda 13 qol vurub, 17 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest