FIFA prezidenti Canni İnfantino dünya çempionatının bilet qiymətlərinin baha olması ilə bağlı tənqidlərə münasibət bildirib.

Matc.az ESPN-ə istinadən xəbər verir ki, ali futbol qurumunun rəhbəri qiymətlərin idman və əyləncə sənayesinin yüksək kommersiyalaşdığı Amerika bazarının reallıqlarına uyğun gəldiyini bəyan edib.

​İnfantinonun sözlərinə görə, ABŞ-da hətta tələbə idman yarışlarına baxmaq 300 dollardan bahaya başa gəlir, ona görə də dünya çempionatının oyunları üçün müəyyən edilmiş qiymətlər qeyri-adi deyil.

​Prezident həmçinin biletlərin təkrar satışı ilə bağlı vəziyyəti də şərh edib. O vurğulayıb ki, rəsmi qiymətlərin həddindən artıq aşağı olması yalnız "qara bazar" alverçilərini biletləri daha baha satmağa həvəsləndirərir:

​"Əgər kimsə final oyununa biletləri 2 milyon dollara təkrar satışa çıxarırsa, bu, birincisi, biletlərin həqiqətən 2 milyon dollar dəyərində olması demək deyil, ikincisi isə kiminsə onları mütləq alacağı anlamına gəlmir".

Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində Meksika, ABŞ və Kanadada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest