13 May 2026, 17:03
DÇ-2026
Dünya çempionatına vəsiqə qazanan Kürasao milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Matc.az xəbər verir ki, yığmanı Dik Advokat çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
78 yaşlı mütəxəssis bu postda Fred Rutteni əvəz edib. Dik Advokat bu ilin fevralında ailə məsələlərinə görə Kürasao seçməsindən ayrılmışdı.
Qeyd edək ki, Kürasao yığması DÇ-2026-nın final mərhələsinin E qrupunda Almaniya, Fil Dişi Sahili və Ekvadorla mübarizə aparacaq.













