11 May 2026, 16:05
FUTBOL
"Monaka"nun futbolçusu Manes Akliuş karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
"Liverpul" fransalı vingeri transfer etmək istəyir. Mersisayd təmsilçisi Akliuşu mövsümün sonunda komandadan ayrılacağı açıqlanan Məhəmməd Salahın əvəzləyicisi kimi düşünür.
Klubu 24 yaşlı oyunçu üçün 50 milyon avro tələb edir. "Liverpul" Fransa millisinin üzvünə görə bu məbləği ödəməyə hazırdır.
Qeyd edək ki, Manes Akliuş bu mövsüm "Monako"nun heyətində keçirdiyi 42 oyunda 7 qol vurub, 11 qol ötürməsi edib.













