11 May 2026, 14:15
FUTBOL
"Elçe"nin müdafiəçisi David Affenqruber karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Mançester Yunayten" avstriyalı futbolçunu transfer etmək istəyir. İspaniya klubu 25 yaşlı mərkəz müdafiəçisi üçün 30 milyon avro tələb edir.
Avstriya millisinin üzvü ilə "Yuventus" və "Milan" da maraqlanır.
Qeyd edək ki, David Affenqruber bu mövsüm La Liqa təmsilçisinin heyətində keçirdiyi 36 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.













