27 Aprel 2026, 21:28
FUTBOL
"Roma" "Bavariya"dan icarəyə götürdüyü Brayan Saraqosa ilə bağlı qərar verib.
Matc.az xəbər verir ki, paytaxt təmsilçisi ispaniyalı vingerin transfer hüquqlarına yiyələnməyəcək. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
Saraqosanın performansı məşqçilər korpusunu qane etmir. 24 yaşlı futbolçu mövsüm bitdikdən sonra "Bavariya"ya qayıdacaq.
Qeyd edək ki, "Roma" Brayan Saraqosanı fevralda icarəyə götürüb. İspaniya millisinin üzvü "canavarlar"ın heyətində keçirdiyi 6 oyunda 1 qol ötürməsi edib.





_1777326939.jpg)






