"Liverpul" İngiltərə Premyer Liqasının 31-ci turunun "Brayton"la matçına ciddi itki ilə çıxacaq.

Matc.az xəbər verir ki, Məhəmməd Salah səfər oyununda komandaya kömək edə bilməyəcək. Bu barədə baş məşqçi Arne Slot məlumat yayıb.

Misirli vingerin ayaq əzələsində zədə var. 33 yaşlı futbolçu milli fasilədə İngiltərədə qalacaq və müalicə olunacaq.

Salah bu mövsüm Mersisayd təmsilçisinin heyətində keçirdiyi 34 oyunda 10 qol vurub, 9 qol ötürməsi edib.

Qeyd edək ki, "Brayton" - "Liverpul" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest