“Şamaxı” ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ” 700 manat cərimələnib. “Qarabağ” azarkeşləri tərəfindən sındırılmış 25 ədəd oturacağa görə stadiona dəymiş zərər klub tərəfindən qarşılanacaq.
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Matc.az xəbər verir ki, toplantına Misli Premyer Liqasının XIX turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:
“Sabah” – “Araz-Naxçıvan” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə meydan sahiblər 1000 manat cərimə edilib. “Araz-Naxçıvan” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün klub 3000 manat cərimələnib. Naxçıvan təmsilçisi daha 700 manat da cərimə ödəməli olacaq. Buna səbəb 4 futbolçunun sarı vərəqə almasıdır.
“Sumqayıt” – “Zirə” matçında qonaqların 5 və 25 nömrəli futbolçularının idman şortundakı oyun nömrələri düzgün olmadığına görə klub 1500 manat cərimə edilib.
“Şamaxı” ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ” 700 manat cərimələnib. “Qarabağ” azarkeşləri tərəfindən sındırılmış 25 ədəd oturacağa görə stadiona dəymiş zərər klub tərəfindən qarşılanacaq.
“Neftçi” – “Qəbələ” oyununun 90+1-ci dəqiqəsində "ağ-qaralar"ın 15 nömrəli futbolçusu Elvin Bədəlov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmayacaq, klub isə 500 manat cərimə ödəyəcək.











_1693390777.png)
