11 Fevral 2026, 11:51
MPL
Qərb təmsilçisi 63-cü ev sınağında 25-ə çatıb. Tovuz klubu ölkə çempionatlarında ən azı 25 ev qələbəsi əldə edən 30-cu komandadır.
Misli Premyer Liqasının XIX turunda “Karvan-Yevlax”ı qəbul edən “Turan Tovuz” 1:0 hesabı ilə qalib gəlib.
Matc.az xəbər verir ki, bu, klub tarixinə Premyer Liqadakı 25-ci qələbə kimi düşüb.
Qərb təmsilçisi 63-cü ev sınağında 25-ə çatıb. Tovuz klubu ölkə çempionatlarında ən azı 25 ev qələbəsi əldə edən 30-cu komandadır.
Qeyd edək ki, “Turan Tovuz” 2022/23 mövsümündə debüt etdiyi Premyer Liqada ilk ev qələbəsini “Kəpəz” üzərində qazanıb. 2022-ci il sentyabrın 9-da keçirilən matçda meydan sahibləri 2 qola seviniblər.







_1693390777.png)




_1770808047.jpg)