10 Fevral 2026, 13:50
FUTBOL
"Everton"un futbolçusu Cek Qriliş üçün mövsüm erkən başa çatıb.
Matc.az xəbər verir ki, ingiltərəli vinger bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Qriliş ayğında olan sınığa görə əməliyyat olunub. 30 yaşlı oyunçu mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Everton" Cek Qrilişi mövsümün əvvəlində "Mançester Siti"dən icarəyə götürüb. İngiltərə millisinin üzvü Mersisayd təmsilçisinin heyətində keçirdiyi 22 oyunda 2 qol vurub, 6 qol ötürməsi edib.












_1770737324.png)