07 Fevral 2026, 15:04
FUTBOL
"Bavariya" 39 yaşlı qapıçısı Manuel Noyer yeni müqavilə təklif edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira paylaşıb.
Bildirilir ki, qapıçıya 2027-ci ilə qədər müqavilə təklif edilib. Münhen klubu hazırda Noyerin bu təklifə cavabını gözləyir. Oyunçunun hazırkı müqaviləsi bu yay bitir.
Qeyd edək ki, Noyer "Bavariya"ya 2011-ci ilin yayında "Şalke"dən qoşulub və 2017-ci ildən bəri klubun kapitanıdır. Bu mövsüm o, bütün yarışlarda klub səviyyəsində 25 oyun keçirib və 7 dəfə qapısını toxunulmaz saxlayıb.












