"FOX Sports" Kriştiano Ronaldo ilə bağlı davam edən gərgin vəziyyət fonunda Səudiyyə Ərəbistanı Pro Liqası ilə tərəfdaşlığını dayandıran ilk böyük beynəlxalq yayımçı qurum oldu.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Speedline" paylaşıb.

Bildirilir ki, bu qərarın nəticələri son dərəcə ciddi ola bilər. Çempionat artıq qlobal media və kommersiya layihələri ilə bağlı təxminən 2,4 milyard dollar itki ilə üzləşib.

Vəziyyət Səudiyyə Ərəbistanı Pro Liqasının beynəlxalq imici üçün dönüş nöqtəsi ola bilər və bununla bağlı hadisələr diqqəti cəlb etməyə davam edir.

Xatırladaq ki, Ronaldo çempionatdakı son transferlərdən narazılığına görə "Əl-Nəsr" oyunlarını boykot edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest