05 Fevral 2026, 17:49
FUTBOL
"Mançester Yunayted"lə müqaviləsi mövsümün sonunda başa çatan Harri Maquayr gələcəyi ilə bağlı qərarını verib.
Matc.az xəbər verir ki, ingiltərəli müdafiəçi komandada qalmaq istəyir. Bu barədə "The i Paper"
Maquayr maaşının azalmasına razıdır. Həftəlik 200 min funt-sterlinq qazanan 32 yaşlı mərkəz müdafiəşisi məvacibinin 80 min funt-sterlinqə endirilməsinə hazırdır.
Qeyd edək ki, Harri Maquayr bu mövsüm "Mançester Yunayted"in heyətində keçirdiyi 13 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.












