İngiltərə Premyer Liqası Unai Emerini dekabr ayının ən yaxşı məşqçisi seçib.

Matc.az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.

İspan məşqçinin rəhbərliyi altında "Aston Villa" dekabr ayında 6 oyun keçirib və onlardan beşində qalib gəlib, o cümlədən "Arsenal" üzərində 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Aston Villa" hazırda 21 oyundan sonra 43 xalla Premyer Liqa turnir cədvəlində üçüncü yerdədir. Emerinin yetirmələri lider "Arsenal"dan 6 xal geridədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest