14 Dekabr 2025, 17:24
FUTBOL
Tahir Gözel "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı oyununu Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı azarkeş Əkbər Zülfüqarovla görüşüb.
"Qarabağ"ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının VI turunda "Qarabağ" – "Ayaks" oyununu Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı azarkeş Əkbər Zülfüqarovla görüşüb.
Matc.az xəbər verir ki, "Qarabağ" – "Araz-Naxçıvan" oyunundan öncə klubun bazasında baş tutan görüş zamanı Tahir Gözel Əkbərlə söhbətləşib, onun oyunla bağlı təəssüratlarını dinləyib.
Sonda klub prezidenti azyaşlı azarkeşlərinə rəsmi formalarını təqdim edib.









_1765739479.jpeg)


