"İnter" UEFA Çempionlar Liqası Liqa mərhələsinin "Liverpul"la matçına ciddi itki ilə çıxacaq.

Matc.az xəbər verir ki, İtaliya təmsilçisinin müdafiəçisi Manuel Akanci komandaya kömək edə bilməyəcək.

İsveçrəli futbolçuda qrip simptonları var. 30 yaşlı mərkəz müdafiəçis bu gün baş tutan məşqdə iştirak etməyib.

Qeyd edək ki, "İnter" - "Liverpul" qarşılaşması sabah Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest