Bundesliqanın autsayderi olan "Maynts" komandanı aşağı liqaya düşməkdən xilas etməyə çalışacaq yeni məşqçisinin adını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, "Maynts" isveçrəli mütəxəssis Urs Fişer ilə anlaşıb. Müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Fişerin son klubu 2023-cü ildə ayrıldığı "Union" olub.

Qeyd edək ki, hazırda "Maynts" Bundesliqanın turnir cədvəlində sonuncu yerdədir və 13 oyundan cəmi 6 xal qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest